A seriyasının ən yaxşısı kim oldu?
“İnter”in 26 yaşlı hücumçusu Lautaro Martines İtaliya A Seriyasının cari mövsümün ən yaxşı oyunçusu seçilib.
Aut.az xəbər verir ki, bu barədə İtaliya çempionatının mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
2023/2024 mövsümündə A Seriyasında argentinalı hücumçu 33 matçda iştirak edib, 24 qol vurub və 6 məhsuldar ötürmə edib. Ümumilikdə Martines meydanda 2667 dəqiqə keçirib. “İnter” bu mövsüm İtaliya çempionu olub.
Xatırladaq ki, 26 yaşlı futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir. Transfermarkt portalında verilən məlumata görə, argentinalı hücumçunun bazar dəyəri 110 milyon avrodur.
Aut.az
