Ronaldo futbol tarixində bunu bacaran ilk futbolçu oldu
Mayın 7-də “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasının 33-cü turunda səfərdə “Əl-Şəbab”ı 4:2 hesabı ilə məğlub etdi və qonaqların qollarından birini portuqaliyalı hücumçu Kriştiano Ronaldo vurdu.
Aut.az xəbər verir ki, Ronaldonun “Əl-Şəbab”a vurduğu qol onun qələbəyə töhfə verməsi ilə yanaşı, “Əl – Nəsr”də 100 qol həddinə çatmasına da imkan verdi.
Ronaldo həmçinin tarixdə dörd fərqli liqada 100 qol vuran ilk oyunçu olub. O, əvvəllər bu nəticəyə Premyer Liqada “Mançester Yunayted”, La Liqada “Real Madrid”, Seriya A-da “Yuventus” və indi isə Səudiyyə Ərəbistanında “Əl- Nəsr”lə çatıb.
Portuqaliyalı oyunçunun hesabında hazırda 971 qolu var.
Aut.az
