İşsizdir, amma bu yığmada işləmək istəmədi
“Mançester Yunayted”in sabiq baş məşqçisi Ole-Qunner Sulşer İsveç millisinə rəhbərlik etməkdən imtina edib.
Aut.az xəbər verir ki, bu barədə “Expressen” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Skandinaviya yığmasının nümayəndələri təkliflə Sulşerlə əlaqə saxlasalar da, o, İsveçlə işləmək istəməyib. Qeyd edək ki, 50 yaşlı mütəxəssis milliyyətcə norveçlidir.
Sulşer hazırda işsizdir. Norveçli mütəxəssis karyerası ərzində “Mançester Yunayted”lə yanaşı, “Molde” və “Kardiff Siti” kimi klublara rəhbərlik edib.
Xatırladaq ki, İsveç millisi bu yay Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazana bilməyib. Skandinaviya ölkəsi Belçika, Avstriya, Azərbaycan və Estoniyanın yer aldığı qrupdan çıxa bilməyib.
Aut.az
