Başqa heç kimə bu qədər pul xərclənməyib
PSJ-dən “Əl-Hilal”a transfer edilən Neymar Ffutbol tarixinə düşüb.
Aut.az xəbər verir ki, braziliyalı hücumçu transferinə ən çox pul xərclənən futbolçu olub. Onun Səudiyyə Ərəbistanı klubuna transferinə 90 milyon avro xərcələnib.
Nəticədə ona görə xərclənən ümumi pul 400 milyon avroya çatıb. PSJ 2017-ci ildə Neymarın transferi üçün 222 milyon avro xərcləyib. Bundan əvvəl “Barselona” onu “Santos”dan 88 milyon avroya alıb.
“Sambaçı” bu göstəricidə belçikalı Romelu Lukakunu qabaqlayıb. Hazırda “Çelsi”yə məxsus olan forvarda görə klublar 333,36 milyon avro xərcləyib.
İlk üçlüyü Kriştiano Ronaldo qapayır. “Mançester Yunayted”, “Real” və “Yuventus” kimi klublar portuqaliyalı superulduzun transferinə görə ümumilikdə 247 milyon avro ödəniş ediblər.
