“Neftçi” sentyabrda “Zenit”lə oynayacaq? – Rəsmi açıqlama
“Neftçi” sentyabrda “Zenit”lə yoxlama oyunu keçirməyəcək.
Aut.az xəbər verir ki, bu barədə “Sport24”-ün müxbiri Anastasiya Draqomirə “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bildirib.
“Planlarımızda sentyabrda “Zenit”lə oyun yoxdur”, – Allahverdiyev bildirib.
İyulda “Neftçi” Sankt-Peterburqda keçirilən mövsümöncəsi PARI Premyer Kuboku turnirində iştirak edərək, “Zenit” (1:3) və “Spartak”a (0:2) məğlub olub.
