Dünya futbolu

Droqba futbol tarixinin ən yaxşılarını açıqladı: Nə Ronaldo var, nə də Messi

“Çelsi”nin əfsanəvi hücumçusu Didye Droqba futbol tarixinin ən yaxşı oyunçularının adlarını açıqlayıb.

Aut.az xəbər verir ki, onun “üçlüy”ündə müasir dövrün ulduzları – Kriştiano Ronaldo və Lionel Messi yer almayıb.

“Tarixin ən yaxşı futbolçuları? Dieqo Maradona. Çünki məhz o, məndə futbola olan sevgini formalaşdırdı. Ronaldo Nazario hücumçuların oyununu dəyişdi. Və Zinəddin Zidan”, – deyə Droqba bildirib.