Dünya futbolu

ÇL-in finalı 5 il bu ölkədə keçiriləcək

Səudiyyə Ərəbistanı növbəti beş il ərzində Asiya Çempionlar Liqasının final mərhələsinə ev sahibliyi edəcək.

Aut.az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyasının (AFK) mətbuat xidməti məlumat yayıb.

Səudiyyə Ərəbistanı Futbol Federasiyası (SAFF) 2024/25 və 2025/26 mövsümlərində turnirin final mərhələsini təşkil etmək hüququ əldə edib. Hər şey yaxşı olarsa, müqavilə avtomatik olaraq daha üç mövsüm qüvvəyə minəcək. Final mərhələsi 1/4 final, bir matçdan ibarət yarımfinal və finaldan ibarətdir.

Növbəti mövsüm Asiya Çempionlar Liqasının final mərhələsi 2025-ci il aprelin 25-dən mayın 4-dək keçiriləcək. Mükafat fondu rekord – 12 milyon dollar olacaq.

Aut.az