Haqqımda çox pis sözlər dedilər, amma qisasçı deyiləm – Messi
Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi milli komandası ilə 2022-ci il Dünya Kubokunu qazanmazdan əvvəl argentinalı azarkeşlərin onunla necə rəftar etdiyini xatırlayıb.
“Mənim pis vaxtlarım olub. Ailəm və məni sevən insanlar da narahat idi. Argentinadakı tənqidçilər bütün oyunçular nəslinə qarşı çox ədalətsiz davrandılar və mənim haqqımda çox pis sözlər dedilər. Amma mən qisasçı deyiləm.
Hiss edirəm ki, Dünya Kubokunda qazandığım qələbə sayəsində vəziyyəti dəyişdirə bildim və bütün Argentina xalqını fəth etdim. Bu gün argentinalıların 95%-i, bəlkə də 100%-i məni sevir və bu, gözəl hissdir”, – “Disney Star” Messidən sitat gətirib.
Xatırladaq ki, 2022-ci il Dünya Çempionatında Messi yeddi oyunda iştirak edib və yeddi qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.
Aut.az
