50 yaşlı Hollivud ulduzu bu klub üçün FOTOSESSİYAYA çəkildi
“Desperate Housewives” serialının 50 yaşlı ulduzu Eva Lonqoriya sosial mediada Meksikanın “Nekaksa” futbol klubunun ortaq sahibi kimi çıxış edib.
Aut.az xəbər verir ki, ulduz Ryan Reynolds, Rob Makelhenni, Mesut Özil, Keyt Apton, Odell Bekhem-kiçik və başqa məşhurların olduğu investorlar qrupuna qoşulub.
Eva bu yaxınlarda klubun formasında yeni fotosessiya üçün görünüb.
“Nekaksa” ulduzlarla dolu investisiya komandasının rəhbərliyi altında Meksika futbolunun zirvəsinə qayıtmağı hədəfləyir. Eva Lonqoriya işə ciddi yanaşır, klubun dəstində fotosessiyaya çəkilir, məşqçilərlə görüşlərdə iştirak edir.




