Yığmanın qapıçısı “Mançester Yunayted”də
“Mançester Yunayted” “Kristal Pelas”dan Cek Batlendi icarəyə götürüb.
Aut.az xəbər verir ki, bu barədə italyan insayder Fabrisio Romano məlumat yayıb. O bildirib ki, 29 yaşlı qolkiper mövsümün sonuna qədər “qırmızı şeytanlar”ın formasını geyinəcək.
İngilis qolkiper 2020-ci ildən London klubunun üzvüdür. İngiltərə millisinin üzvü yığmada 9 oyun keçirib. O, bu mövsüm “Kristal Pelas”ın heyətində meydana çıxmayıb.
