Dünya futbolu

PSJ Mbappeyə əvəzləyici tapdı

PSJ rəhbərliyi mövsümün sonunda komandanı tərk edəcək hücumçu Kilian Mbappeyə əvəzləyici tapıb. 

Aut.az xəbər verir ki, Paris klubu “Milan”ın və Portuqaliya millisinin hücumçusu Rafael Leaonu transfer etməyə çalışacaq. Bu barədə ESPN  məlumatına yayıb.

Leaonun “Milan”la 2028-ci ilin yayına qədər müqaviləsi var. Transfermarkt 24 yaşlı portuqaliyalının bazar dəyərini 90 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, mətbuatda fransalı futbolçunun “Real”a keçməyə qərar verdiyi barədə məlumatlar yayılıb.