Müasir futbolda ən yaxşı hücumçu: Nə Haaland, nə də Mbappedir – FOTO
Britaniyanın nüfuzlu “Give Me Sport” portalı hazırda dünyanın ən yaxşı hücumçularının reytinqini yeniləyib.
Aut.az xəbər verir ki, portal reytinqi formalaşdırarkən qolları, ötürmələri, hər oyuna orta hesabla qolları, komanda üçün əhəmiyyətini və fərdi çıxışları nəzərə alıb.
Siyahıda birinci yeri hazırda “Bavariya”da çıxış edən ingilis super-hücumçu Harri Keyn tutub. Keyn siyahıda “Mançester Siti”nin futbolçusu Erlinq Haaland və “Barselona”nın futbolçusu Robert Levandovskini qabaqlayır.
“Real Madrid”in ulduzu Kilian Mbappe siyahıda beşinci yeri tutub.
“Əl-Nəsr”in əfsanəvi hücumçusu Kriştiano Ronaldo reytinqdə 11-ci yerdədir.

Aut.az
