Dünya futbolu

Finalissimanın iştirakçıları müəyyənləşdi

Avropa çempionatı və Amerika Kuboku qaliblərinin qarşılaşacağı növbəti Finalissimanın iştirakçıları bəlli olub.

Aut.az xəbər verir ki, 2025-ci ilin iyun-iyul aylarında baş tutması planlaşdırılan görüşdə İspaniya və Argetnina üz-üzə gələcək. Görüşün yeri və vaxtı daha sonra tərəflərə uyğun şəkildə təyin ediləcək.

Qeyd edək ki, Finalda İngiltərəyə 2:1 hesabı ilə qalib gələn İspaniya komandası Avropa çempionatının qalibi olub. Argentina millisi isə Kolumbiyaya 1:0 hesabı ilə qalib gələrək Amerikanın ən güclüsü olub.

Qeyd edək ki, 2021-ci ildə UEFA və CONMEBOL arasında 2028-ci ilə qədər davam edəcək Anlaşma Memorandumu imzalanıb. Nəticədə 2022-ci ildə ilk Finalissima baş tutub. Argentina millisi Londondakı “Uembli” stadionunda İtaliyanı 3:0 hesabı ilə məğlub edib.

Aut.az