Ançelotti ona mesaj göndərib: Təəssüf ki, Braziliya pasportun yoxdur
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Real Madrid” “Mançester Siti”ni Federiko Valverdenin het-triki sayəsində 3-0 hesabı ilə məğlub etdi.
Aut.az xəbər verir ki, Braziliya yığmasının baş məşqçisi Karlo Ançelottiyə bu barədə sual verilib. “Real”ın keçmiş baş məşqçisi Valverdenin oyunundan heç də təəccüblənmədiyini etiraf edib. “Fedenin performansı məni təəccübləndirmədi: məşqçilik lisenziyamın hələ də qalması əbəs deyil… Amma üç qol məni həqiqətən təəccübləndirdi, inanılmaz idi. Ona mesaj göndərdim.
Yazdım ki, təəssüf ki, sənin Braziliya pasportun yoxdur”, – Ançelotti deyib.
Aut.az
