Dünya futbolu

Şərqi Avropa tarixinin ən yaxşı futbolçuları

Britaniyanın nüfuzlu “Four Four Two” idman portalı Şərqi Avropa tarixinin 32 ən yaxşı futbolçusunun reytinqini dərc edib.

Aut.az xəbər verir ki, birinci yerə Macarıstan millisinin əfsanəvi hücumçusu Ferents Puşkaş çıxıb. İkinci yeri SSRİ yığmasının məşhur qapıçısı Lev Yaşin tutub.

İlk 5-liyə macarlar Şandor Koçiş və Laslo Kubala, həmçinin polyak Robert Levandovski daxil olub.

Siyahıya SSRİ yığmasının daha dörd futbolçusu – Oleq Bloxin (15-ci yer), İqor Netto (20-ci), Rinat Dasaev (22-ci) və Albert Şesternyov (24-cü) da daxil edilib. Ukraynalı Andrey Şevçenko isə 7-ci yeri tutub.

Aut.az