Dünya futbolu

Benzema danışdı, Fransa mətbuatını ittiham etdi

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema komandadan ayrılmaq istəməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Aut.az xəbər verir ki, fransalı forvard “L’Equipe”ə açıqlmasında bu sözləri deyib:

“Bu, tamamilə yalandır! Fransa mediası artıq hansı iddia ilə çıxış edəcəyini bilmir”.

Qeyd edək ki. Benzemanın təzyiq altında olduğu və Səudiyyə Ərəbistanına uyğunlaşmaqda problem yaşadığı üçün komandanı tərk etmək istəyi ilə “Əl-İttihad” rəhbərliyinə müraciət etdiyi bildirilirdi.