Dünya futbolu

“Real”ın futbolçusu Fransadakı seçkilərə belə reaksiya verdi

Fransa millisinin və “Real Madrid”in yarımmüdafiəçisi Aurelien Tçuameni Fransada keçirilən seçkilərin nəticələrini şərh edib.

Aut.az xəbər verir ki, ilkin məlumatlara görə, heç bir blok parlamentdə mütləq səs çoxluğu əldə etməyib. Fransa millisinin bir çox oyunçusunun qarşı çıxdığı Milli Birlik isə üçüncü yerdədir.

“Real”ın yarımmüdafiəçisi “X” səhifəsində “Xalqın qələbəsi” yazıb.

Xatırladaq ki, prezident Emmanuel Makron tərəfindən Milli Assambleyanın buraxılmasından sonra elan edilən növbədənkənar parlament seçkilərinin birinci turunda Le Penin partiyası qalib gəlib. Bundan əvvəl o, Avropa Parlamentinə seçkilərdə qalib gəlib.

Aut.az