Dünya futbolu

Məşhur klub müflis elan edildi, peşəkar statusdan məhrum olundu

Fransanın “Bordo” klubu böyük borclara görə peşəkar futbol klubu statusundan məhrum edilib və müflis elan edilib.

Aut.az xəbər verir ki, bundan əvvəl komandanın Fransanın üçüncü güclü divizionuna düşdüyü bildirilirdi. Klub lisenziyasını yeniləməyəcək, maliyyə yükünü azaltmaq üçün məşq meydançasını satacaq və futbolçularla müqavilələrə xitam verəcək.

2023/24 mövsümündə “Bordo” Fransa ikinci divizionunda 38 matçdan 50 xal toplayaraq Liqa 2-nin turnir cədvəlini 12-ci pillədə başa vurub.

“Bordo” 142 illik tarixində 6 dəfə Fransa çempionu olub. Maruan Şamax, Zinəddin Zidan, Yoan Qurkuf və Fernando Kavenaqi kimi keçmişin məşhur futbolçular vaxtilə bu klubda oynayıb.

Aut.az