Dünya futbolu

Azarkeşlər “Ronaldo, Ronaldo” qışqırmağa peşman oldular, Messi…

KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin “İnter Mayami” – “Naşvill” (3:1) cavab matçında qonaq azarkeşlər “Əl-Nəsr”in hücumçusu Ronaldonun adını səsləndiriblər.

Aut.az xəbərverir ki, azarkeşlər “Ronaldo, Ronaldo” qışqırmağa başlayandan 14 saniyə sonra Messi “İnter Mayami”yə sözügedən turnirin 1/4 finalına yüksəlməyə imkan verən qolu vurub.

Xatırladaq ki, Messi matçın 23-cü dəqiqəsində fərqlənib. Bundan əvvəl matçın səkkizinci dəqiqəsində ilk qolu uruqvaylı hücumçu Luis Suares vurmuşdu.

KONKAKAF Çempionlar Kubokunun 1/4 finalında “İnter Mayami” Meksikanın “Monterrey” komandası ilə qarşılaşacaq.

Aut.az