Dünya futbolu

Mourinyo ruslarla danışıq aparır: Bu qədər məvacib tələb edir

Portuqaliyalı mütəxəssis Joze Mourinyo tezliklə özünü Rusiya çempionatında tapa bilər.

Aut.az xəbər verir ki, bu barədə “Turkiyetoday” məlumat yayıb.

Qeyd olunur ki, 62 yaşlı mütəxəssis hazırda vasitəçilər vasitəsilə RPL komandaları ilə danışıqlar aparır və tezliklə çempionatın ən yüksək maaş alan məşqçisi ola bilər.

Mourinyo ən azı iki illik müqavilə və illik 20 milyon avro maaş tələb edir.

Aut.az