Dünya futbolu

Özünə qoyulmur: Bir ildə ikinci dəfə zorlamada ittiham edildi

Fransa millisində 3 qol vurmuş Vissam Ben Yedder cinsi zorakılıqla bağlı yeni cinayət işində ittiham olunub.

Aut.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.

Bu yay “Monako”dan ayrıldıqdan sonra klubsuz qalan 34 yaşlı futbolçu ötən həftə 2001-ci il təvəllüdlü qızın ittihamları əsasında sərxoş vəziyyətdə saxlanılıb.

İddia olunur ki, cümə günündən şənbə gününə keçən gecə, Ben Yedder avtomobilində qıza təcavüz edib.

Ben-Yedder oktyabrın 15-də keçiriləcək məhkəmə prosesinə qədər ciddi nəzarətə götürülüb.

2023-cü ilin avqustunda Nitsa prokurorluğu Ben Yedderi zorlama və cinsi zorakılıqda ittiham etmişdi. Daha sonra o, 900 min avro məbləğində girov müqabilində azadlığa buraxılmışdı.

Aut.az