Dünya futbolu

Messi bu müğənni ilə klipə çəkiləcək – FOTO

“İnter Mayami”nin ulduzları Lionel Messi və Rodriqo De Paul DÇ-2026-ya həsr olunacaq klipin çəkilişlərində iştirak edə bilərlər.

Aut.az xəbər verir ki, bu barədə Argentinafa fəaliyyət göstərən “Los Palmeras” qrupunun lideri Kaço Deykas məlumat verib.

Onun sözlərinə görə, yeni mahnı 2026-cı il dünya çempionatı öncəsi ölkədəki ab-havaya həsr olunacaq. Klipdə həmçinin müğənni, De Paulun sevgilisi Tini Stoessel də yer alacaq.

Çəkilişlərin hazırda “İnter Mayami”də çıxış edən futbolçuların yaşadığı Mayamidə aparılması planlaşdırılır.

Aut.az

Messi bu müğənni ilə klipə çəkiləcək - FOTO