Dünya futbolu

Murad Neymarı çalışdırmaqdan niyə imtina edib?

İsveçrə yığmasının baş məşqçisi Murat Yakın braziliyalı hücumçu Neymarın oynadığı “Əl-Hilal” klubunun təklifini niyə rədd etdiyini açıqlayıb.

“Bu intuitiv hissi idi, pulla bağlı deyil. Futbolda hər şeyi təsəvvür edə bilirəm və təbii ki, maliyyə amili həmişə böyük rol oynayır. Amma o vaxt bu, heç də düzgün hiss olunmurdu. Bu il millinin məşqçisi kimi artıq dörd oyun keçirmişəm və ondan sonra dərhal ayrılmaq istəmədim.

Belə bir məqamda nə qədər sərfəli olsa da, başqa təklif məni maraqlandırmır. Ona görə də imtina etdim. Hazırda gördüyüm işdən razıyam”.

48 yaşlı Yakın 2021-ci ildən İsveçrə millisinə rəhbərlik edir.

Aut.az