Şakira Pikeni Mayamiyə çağırdı: Ondan nə istəyib?
“Barselona”nın və İspaniya millisinin sabiq futbolçusu Jerar Pike bir müddətlik Mayamiyə köçəcək.
Aut.az xəbər verir ki, Şakira və Pike uşaqları birlikdə böyütməklə bağlı razılığa gəliblər. Kolumbiyalı müğənni qastrol səfərinə çıxır və buna görə də atalarının uşaqlarına baxması lazımdır.
Pikenin hazırkı sevgilisi Klara Çia Barselonada qalacaq.
Xatırladaq ki, Pike və Şakira 2024-cü ilin yayında rəsmən boşanıblar
Aut.az
