PSJ-nin transfer hədəfi müəyyənləşdi
PSJ transfer hədəfini müəyyənləşdirib.
Aut.az xəbər verir ki, “A Bola” nəşrinin məlumatına görə, Liqa 1 təmsilçisi müdafiənin mərkəzini gücləndirmək üçün “Sportinq”in futbolçusu Usman Diomandeni heyətinə qatmaq istəyir.
Paris klubu 22 yaşlı müdafiəçini prioritet transfer hədəfləri sırasına daxil edib. Bildirilir ki, PSJ-nin baş məşqçisi Luis Enrike Diomandenin oyun keyfiyyətini yüksək qiymətləndirir. Parislilər futbolçu üçün təxminən 45 milyon avro təklif etməyə hazırdır.
Usman Diomandenin “Sportinq”lə mövcud müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir. O, Lissabon “aslanları”nın heyətində 113 rəsmi matçda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Aut.az
