Məşhur məşqçi öldü
Şotlandiya yığmasının sabiq baş məşqçisi Kreyq Braun iyunun 26-da 83 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, mütəxəssisin ölüm səbəbi açıqlanmasa da, onun “yaxın qohumlarının əhatəsində qısamüddətli xəstəlikdən sonra dünyasını dəyişdiyi” qeyd edilir.
Braun Şotlandiya millisini 70 oyuna çıxarıb. Bu, milli komandanın tarixində rekord göstəricidir. O, milli komandanı Avro-1996-nın və DÇ-1998-in final mərhələsinə çıxardıb.
