Lui van Qalı biabır etdi: Saxtakar, yalançı…
“Barselona”nın və Bolqarıstan millisinin keçmiş hücumçusu Xristo Stoiçkov 1997-ci ildə rəhbərliyi altında Kataloniya klubunda çıxış etdiyi Lui van Qaal haqqında danışıb.
“Lui? Lui kimdir? Adını ucadan demək belə istəmirəm. Bəli, o, böyük peşəkardır. Bunu heç kim inkar etməyəcək. Məşq üsulları, üçbucaq oyunu faydalı idi, amma insan kimi onu bəyənmirəm.
Bəlkə mən də pis adamam, amma bu haqda danışmaq istəmirəm. Onun kimi birini tanımıram. Mən də hər şeydə yaxşı deyiləm, amma daha yaxşı olmağa çalışıram. Mən onun kimi olmaq istəmirəm. O, mənim həyatımda heç kim deyil. Saxta surətdir. Bir dəqiqə belə danışmaq istəmədiyim yalançıdır”, – “Mundo Deportivo” Stoiçkovun sözlərini sitat gətirib.
Aut.az
