Dünya futbolu

Ukraynada daha bir qalmaqal: Bu klubun da 2 əməkdaşı ölkədən qaçdı

“Krivbass”ın iki nümayəndəsi komandanın Qadınlar arasında Çempionlar Liqası matçından sonra ölkəyə qayıtmayıb.

Aut.az xəbər verir ki, SMM mütəxəssisi Roman Lopatin və fotoqraf Roman Medvedev nümayəndə heyətinin tərkibində olublar və Ukraynaya qayıtmayıblar. Qeyd edək ki, Lopatin Donetsk “Olimpiya”sının keçmiş mətbuat attaşesidir .

“Krivbass”ın bu barədə polis, Ukrayna Gənclər və İdman Nazirliyi və sərhədçilərlə əlaqə saxladığı bildirilir.

Sentyabrın 9-da “Linçepinq” (İsveç) və “Krivbass” (Ukrayna) klubları arasında Qadınlar arasında Çempionlar Liqasında cavab görüşü keçirilib. Oyun 3:0 hesabı ilə İsveç komandasının qələbəsi ilə başa çatıb.

Aut.az