İngiltərə

“Tottenhem”in stadionuna hücum etdilər: altırəqəmli ziyan

Naməlum şəxslər “Tottenhem” stadionuna hücum edərək binaya ciddi ziyan vurublar.

Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Hadisə bazar ertəsi, oktyabrın 9-da baş verib. Hücum nəticəsində polis bir nəfəri saxlayıb. Dəymiş ziyanın dəyəri ən azı altırəqəmlidir.

Qeyd olunur ki, hücum İsrail-Fələstin münaqişəsi və London klubu rəhbərliyinin yəhudi icması ilə əlaqələri ilə bağlı deyil.

Premyer Liqada turnir cədvəlinə 8 turdan sonra 20 xalla “Tottenhem” başçılıq edir.

Aut.az