“Barsa” onun hüquqlarını alır: Amma şərti var
“Barselona” “Mançester Yunayted”dən Markus Raşfordu almaq istəyir, ancaq müəyyən şərtlərlə.
İngiltərə millisinin üzvü 2025/26 mövsümü üçün satın alma opsionu ilə “Barselona”ya icarəyə verilib.
Aut.az xəbər verir ki, “Daily Star”ın məlumatına görə, Kataloniya klubu hücumçunun hüquqlarını 30 milyon avroya almağa hazırdır, “Mançester Yunayted” isə bu müqavilədən ən azı 40 milyon avro qazanmağı planlaşdırır.
Reşford bütün turnirlərdə La Liqa klubunun heyətində altı oyunda iki qol vurub və məhsuldar ötürmə edib.
Aut.az
