İspaniya

Karvaxal “ideal futbolçu”nu belə “yığdı” – Bütün hissələr “Real”dandır

Çarpaz bağ zədəsini sağaltdıqdan sonra Dani Karvaxal daha bir zədə aldı. Onun bu il oynaması gözlənilmir.

Aut.az xəbər verir ki, “Real”ın kapitanı beynəlxalq fasilə zamanı  bloger Davi Suaresə baş çəkib. O, müdafiəçidən ideal futbolçu yaratmasını istəyib. Dani üçün heç bir məhdudiyyət olmayıb, istənilən oyunçunun keyfiyyətlərini seçə bilərdi.

Lakin Karvaxal yalnız “kral klubu”nun nümayəndələrinin adını çəkməyə üstünlük verib.

Sol ayaq: Xames Rodriges.

Sağ ayaq: Toni Kroos

Sürət: Qaret Beyl.

Fizika: Serxio Ramos.

Texnika: Marselo.

Mentalitet: Kriştiano Ronaldo.

Futbol zəkası: Luka Modriç.

Aut.az