İspaniya

“Rel”ın ulduzu karyerasını bitirir? – Zədəsi çox ciddidir

“Real Madrid”in müdafiəçisi Ferland Mendinin zədəsi gözləniləndən daha ciddi olub.

Aut.az xəbər verir ki, COPE-nin məlumatına görə, 30 yaşlı futbolçu bir il oynaya bilməyəcək.

Mənbənin məlumatına görə, Mendiyə vətərin yırtılması və sümük sınığı diaqnozu qoyulub. Fransız futbolçunun sağalması uğursuz olarsa, o, karyerasını bitirə bilər. Müdafiəçi son xəbərlərdən sonra bu ehtimalı nəzərdən keçirməyə başlayıb.

Mendi 2019-cu ildən bəri “Real Madrid”də oynayır. Bu mövsüm o, bütün yarışlarda doqquz oyunda meydana çıxıb və qol vurmayıb. Onun müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 6 milyon avrodur.

Aut.az