“Real”ın futbolçularının ləqəbləri açıqlandı: “Zürafə”, “General”, “Psix”, “Abi”….
“Real Madrid”in paltardəyişmə otağında futbolçular bir-birlərinə onların xüsusiyyətlərini və xarakterini üzə çıxaran maraqlı ləqəblər qoyublar.
Aut.az xəbər verir ki, uzun boylu (200 sm) qapıçı Tibo Kurtuanı komanda yoldaşları “Zürafə” adlandırırlar. Antonio Rüdiger “Psix” ləqəbini alıb. David Alaba isə “Alabama” adına layiq görülüb.
Ferland Mendi “General”, Eduardo Camavinqa isə “Pantera” kimi tanınır.
Uruqvaylı yarımmüdafiəçi Federiko Valverdenin bir neçə ləqəb var: “Şahin”, “Qauço” (Uruqvay atlılarının şərəfinə) və “Bomba”.
Gənc türk istedadı Arda Gülərə doğma dilindən tərcümədə “böyük qardaş” mənasını verən “Abi” ləqəbi verilib, ingilis ulduz Cud Bellinqem isə qol vurma qabiliyyətinə istinad edilərək komanda yoldaşları tərəfindən “Belligol” ləqəbini alıb.
Aut.az
