“Barsa” dünya çempionunu istəyir, amma…
“Barselona” “Əl İttihad” və Fransa millisinin 33 yaşlı futbolçusui N’Qolo Kante ilə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Kataloniya klubu fransalı futbolçu Avropa çempionatında yüksək səviyyəli oyun nümayiş etdirdikdən sonra ona marağını daha da artırıb. Lakin “Əl-İttihad”ın Kante ilə ayrılmaq istəyinin olmadığı vurğulanır.
Ötən mövsüm yarımmüdafiəçi bütün yarışlarda 44 matçda iştirak edib və 4 qol vurub, 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 9 milyon avrodur.
2018-ci ildə Fransa millisinin üzvü kimi Kante Rusiyada keçirilən dünya çempionatının qalibi olub.
Aut.az
