İspaniya

Morata supermarketdə ona yaxınlaşaraq deyib ki…

İspaniyanın “Rayo Mahadaonda” klubunda çıxış edən Ukrayna millisinin sabiq hücumçusu Roman Zozulya “Atletiko”nun futbolçuları ilə tez-tez rastlaşdığını deyib.

“Atletiko” bizim klubun bazasını icarəyə götürüb. İndi daha böyük baza tikirlər və il yarım-iki ildən sonra ora köçəcəklər. Futbolçuları tez-tez görürəm, çünki bura “Atletiko”dan olan hər kəsin yaşadığı ərazidir. Eyni supermarketə gedirik.

Bu yaxınlarda supermarketdə Moratanı gördüm. Mənə yaxınlaşaraq dedi ki, salam, Zozulya. Soruşdum ki, nəni hardan tanıyırsan? Cavab verdi ki, axı bir-birimizə qarşı oynamışıq.

Sonra xatırladım ki, millidə oynayanda üz-üz gəlmişik. O vaxtdan yaddaşında qalmışam. Burada restoranlarda, küçədə istənilən futbolçuya rast gəlmək olar”, – Zozulya bildirib.

Aut.az