45 milyon verirlər: Ya rəqabət aparacaq, ya da…
“Everton”un və İngiltərə yığmasının qapıçısı Cordan Pikford karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə “The Daily Star” məlumat yayıb. Bildirilir ki, “Mançester Yunayted” 29 yaşlı qolkiper üçün 45 milyon funt-sterlinq təklif edir.
Daha əvvəl bildirilmişdi ki, “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq klubun yayda yeni qapıçı almasını istəyir. O, ya David De Xea ilə rəqabət aparacaq, ya da ispaniyalı yeni müqavilə imzalamağa razı olmasa, onu əvəz edəcək.
Pikford ötən mövsüm Premyer Liqada keçirdiyi 37 oyunda 57 qol buraxıb. O, 8 oyunda qapısını toxunulmaz saxlayıb.
Aut.az
