20 minə yaxın təhqiredici şərh aşkarlandı, 300 şəxs barədə…
FİFA 2022-ci il dünya çempionatı zamanı internetdəki təhqirlərlə bağlı hesabat dərc edib.
Aut.az xəbər verir ki, hesabat FİFA prezidenti Gianni İnfantinonun bu mövsüm bir neçə şok irqçilik epizodunun qurbanı olan Vinisiusla görüşündən sonra dərc edilib.
Sosial Media Mühafizə Xidməti (SMPS) 2022-ci il Dünya Kuboku zamanı “Instagram”, “TikTok”, “Twitter” və “YouTube” daxil olmaqla 20 milyondan çox sosial media yazısı və şərhini skan edib. Əvvəlcə süni intellekt onları təhlil edib, sonra insanlar tərəfindən analizin iki mərhələsi olub.
19,636 yazı/şərh təhqiredici, ayrı-seçkilik və ya təhdid kimi müəyyən edilib.
FİFA bu şərhləri sosial şəbəkələrin administrasiyasına ötürüb. Bir çox hallarda təhqiredici yazılar sosial media moderatorları tərəfindən silinib.
Həmçinin 2022-ci il dünya çempionatı zamanı təhqiramiz, ayrı-seçkilik və ya hədələyici hərəkətlər edən 300-dən çox şəxsi müəyyən etmək mümkün olub. Hüquq-mühafizə orqanlarına onlar haqqında məlumat verilib.
Aut.az
