“Arsenal” onun transferindən imtina etdi – Pis vəziyyətdə qalıb
“Arsenal” rəhbərliyi isveçli hücumçu Viktor Qyokereşin transferi ilə bağlı “Sportinq”lə danışıqları dondurub.
Aut.az xəbər verir ki, bu barədə “Record” məlumat yayıb.
Bildirilir ki, “Sportinq” Qyokereş üçün 80 milyon avro tələb edir. “Arsenal” rəhbərliyi bu məbləği çox yüksək hesab edir və hələlik transferlə bağlı danışıqlar aparmaq niyyətində deyil. London klubu diqqətini “RB Leipziq”dən Benjamin Şeşkoya yönəldib.
“Arsenal”ın qərarı Qyokereşi çətin vəziyyətdə qoyur. O, “Arsenal”a keçmək üçün “Mançester Yunayted”dən gələn təklifi rədd etmişdi.
2024/25 mövsümündə Viktor “Sportinq”in heyətində 52 matçda 54 qol vurub və 13 məhsuldar ötürmə edib.
Aut.az
