İngiltərə

İstefaya göndərildi

“Kristal Pelas” baş məşqçi Patrik Vieyranı istefaya göndərmək qərarına gəlib.

Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onun köməkçiləri  Osian Roberts, Kristian Uilson və Səid Aygünün də klubu tərk etdiyi qeyd edilir.

“Bu çətin qərarı verdiyimiz üçün çox təəssüflənirik. Nəhayət, son ayların nəticələri bizi çempionatda qeyri-müəyyən vəziyyətdə qoydu və hiss etdik ki, Premyer Liqada yerimizi qorumaq şansı əldə etmək üçün dəyişikliklərə ehtiyac var.

Bununla belə, 2021-ci ilin yayında bizə qoşulandan bəri Patrikin təsiri əhəmiyyətli olub və ona böyük hörmət bəsləyirik. O, komandanı “Uembli”də FA Kubokunun yarımfinalına çıxardı və keçən mövsüm maraqlı futbol oynayaraq çempionatı 12-ci yerdə bitirdik.

Patrik klubda səylə çalışdı. Ona işinə görə təşəkkür edirik. Biz Patrik, Osian, Kristian və Səidə gələcəkdə ən yaxşısını arzulayırıq”, – “Kristal Palas”ın idarə heyətinin sədri Stiv Periş deyib.