İngiltərə

Sautqeyi tənqid edənləri biabır etdi: Heç vaxt 1/4 finala çıxa bilməyənlərdir

İngiltərə millisinin əfsanəvi keçmiş müdafiəçisi Con Terri İngiltərə yığmasının baş məşqçisi postundan getdikdən sonra Qaret Sautqeytin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, Terri Sautqeyti müdafiə edib.

“Qaret həmişə təmkinli idi və tənqidlərə çox yaxşı cavab verdi.

Bir çox keçmiş oyunçular Qareti və komandanı çox tənqid etdilər. Onlar heç vaxt 1/4 finala çıxa bilməyən oyunçulardır və inanılmaz iş görən məşqçini haqsız tənqid edirlər.

Əminəm ki, Qaretə Premyer Liqadan və başqa yerlərdə təkliflər gələcək”, – Terri bildirib.

Aut.az