İngiltərə

“Tottenhem”də uğursuzluğun səbəbkarı tapıldı: Onu qovacaqlar

“Tottenhem”in idman direktoru Skott Mann 2 illik rəhbərlikdən sonra klubu tərk edəcək.

Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Mann keçən il komandanın həkimi Ceff Skottun işdən çıxarılmasına səbəb olan zədə epidemiyasına görə məsuliyyət daşıyır. Bu mövsümdə vəziyyət yaxşılaşmayıb.

“Mahmızlar” Avropa Liqasını qazana bilməyəcəyi təqdirdə baş məşqçi Ange Postekoqlounun komandada qalıb-qalmayacağı hələlik məlum deyil.

Qeyd edək ki, “Ayntraxt”la qarşılaşmada qələbə qazanan klub turnirin yarımfinalına yüksəlib və “Bodo-Qlimt”lə qarşılaşacaq. “Tottenhem” Premyer Liqada isə 15-ci yerdədir.

Aut.az