İngiltərə

Vircil van Deykin birgə oynadığı ən yaxşı futbolçu – Salah deyil

“Liverpul”un mərkəz müdafiəçisi Vircil van Deyk Mersisayd düşərgəsində olduğu müddətdə birgə oynadığı ən yaxşı futbolçunun adını açıqlayıb.

Aut.az xəbər verir ki, van Deyk bu barədə “Daily Mail”ə açıqlamasında danışıb.

“Başqa oyunçuları aşağılamaq istəmirəm, amma icazə verin, klubu tərk edən futbolçular haqqında bir şey deyim.

Bobbi Firmino son illərdə əldə etdiyimiz uğurun mühüm hissəsi olub. O, digər iki görkəmli oyunçunu birləşdirdi. Onlar üçbucaq idi. Arxadan oynamağımızı asanlaşdırmaq üçün müdafiədə işləmələri əla idi. Ona görə də mən onu qiymətləndirirəm.

Amma hazırda başqa gözəl futbolçularla oynayıram: Məhəmməd Salah, Alison Bekker. Joel Matipi də unutmayacağam”, – deyə van Deyk bildirib.

Xatırladaq ki, Firmino 2015-2023-cü illərdə “Liverpul”da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 362 matçda iştirak edib, 111 qol vurub və 79 məhsuldar ötürmə edib.

Aut.az