İngiltərə

170 milyonu da qəbul etmədilər

“Liverpul” hücumçusu Məhəmməd Salahla ayrılmaq fikrində deyil.

Aut.az xəbər verir ki, “qırmızılar” Səudiyyə Ərəbistanından növbəti sərfəli təklif alsa da, rədd cavabı verib. Bu barədə insayder Rudi Qaletti məlumat yayıb.

Bildirilir ki, misirli ulduzdan əl çəkməyən “Əl-İttihad” son olaraq mersisaydlılara 170 milyon avro təklif edib. Lakin bu təklif də rədd edilib.

İngiltərə mətbuatı iddia edir ki, Səudiyyə Ərəbistanında transfer pəncərəsi sentyabrın 7-də bağlanacağından, “Əl-İttihad”ın növbəti dəfə cəhd edəcəyi proqnozlaşdırılır.

Məhəməd Salah 2017-ci ildən mersisaydlılarda çıxış edir. 31 yaşlı misirlinin hazırki klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyunun 30-a kimidir.