Onlara kukla lazımdır: Sabiq futbolçusu “Çelsi” haqda
“Çelsi”nin keçmiş futbolçusu Pet Nevin klubun Entso Mareskanı istefaya göndərmək qərarı ilə bağlı açıqlama verib .
Aut.az xəbər verir ki, mütəxəssisin sözləri BBC tərəfindən sitat gətirilib.
“Çelsi”nin öz metodologiyasını tam mənimsəyəcək birinə ehtiyacı var. Başqa sözlə, onlara kukla lazımdır. Yuxarıdan deyilənləri tam olaraq yerinə yetirəcək biri. Mən şoka düşmədim, sadəcə bu qərardan bir az çaşqınam.
Liam Rosenioru təyin etmək yaxşı fikir kimi görünür, amma o, əvvəllər heç vaxt bu səviyyədə işləməyib. Bu, böyük bir riskdir. Lakin nəticədə onlar gənc, təcrübəsiz və asanlıqla manipulyasiya edilə bilən birini gətirəcəklər”, – Nevin deyib.
Nevin 1983-1988-ci illər arasında “Çelsi”də oynayıb.
Aut.az
