Dünya futbolu

Maneni necə əldə ediblər? – İlk gün o…

“Əl-Nasr”ın icraçı direktoru Marselo Salasar Sadio Manenin transferi haqda danışıb.

Aut.az xəbər verir ki, Salasar bu haqda TZ jurnalisti Filipp Kesslerə müsahibəsində deyib.

– “Bavariya” Maneni təxminən 30 milyon avroya almağınıza görə sizə minnətdardır. Niyə artıq pul ödəmisiniz?

— Birincisi, bu məbləğ doğru deyil. Onu müzakirə etməyəcəyəm. Sadionun bizimlə olmasına çox şadıq. Mane dünya səviyyəli ulduzdur, fantastik dərəcədə istedadlı oyunçudur. Əgər “Bavariya”da nə isə alınmayıbsa, bunun səbəbləri var idi.

Sadionun niyə ən yaxşı futbolunu oynaya bilmədiyini başa düşməyə ehtiyacı olan “Bavariya”dır. Amma futbolçu da buna qiymət verməlidir.

– Mane haqqında təəssüratınız necədir?

– İlk vaxtlar görünürdü ki, o, “Bavariya”dan ayrıldığına çox da sevinmir. Amma indi xoşbəxtdir. İlk gün o, gülümsədi – indi bu geniş təbəssümü hər gün həm məşqdə, həm də oyunlarda görürük. O, yeni çağırışı qəbul etdi.

Aut.az