Dünya futbolu

İspan dilində öyrəndi ilk söz bu olub

“Atletiko”nun (Madrid)n yarımmüdafiəçisi Aksel Vitsel ispan dilində öyrəndiyi ilk sözlərdən danışıb.

“İspan dilində öyrəndiyim ilk ifadə “lənətə gəlsin” idi.  Bu, hələ də Çində olanda idi. Çünki komandanın bəzi oyunçuları ispan dilində danışırdılar.

Mən əvvəlcə portuqal dilində ünsiyyət qurdum. Amma orada ispan dilinin əsaslarını öyrəndim”, – AS Vitselin sözlərindən sitat gətirib.

Xatırladaq ki, Vitsel 2017-2018-ci illərdə Çinin “Tianjin Kinmen Tiger” klubunda çıxış edib. Bu müddətdə belçikalı yarımmüdafiəçi 47 matçda iştirak edib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Aut.az