“Real”ın əfsanəsi Ermənistan yığmasında?
Ermənistan Futbol Federasiyasının vitse-prezidenti Armen Nikoqosyan bildirib ki, “Real”ın əfsanəsi Raul millinin baş məşqçisi postuna gətirilməsi variantına baxılır.
Aut.az xəbər verir ki, federasiya prezidenti növbəti iki oyundan sonra, ya da gələn ilin əvvəlində baş məşqçi təyinatını həll etmək istədiklərini bildirib.
“Heç bir məşqçi komandanı dünya çempionatına apara biləcəyinə zəmanət verə bilməz. Hətta Ançelotti və Qvardiola kimi mütəxəssislər buna zəmanət verə bilməzlər.
Şimali Makedoniya ilə oyundan sonra Aleksandr Petrakovla vidalaşdıq və əməyinə görə təşəkkür etdik. Petrakovun şəxsi problemləri var idi və təcili getməli oldu. Onun məşqçilər korpusunun üzvləri qalıb və bu gün də işləyirlər.
Danışıqlar çətindir, çünki federasiyanın mətbuatda dərc olunan maliyyə vəsaitindən əsər-əlamət yoxdur. Mişel Ter-Zəkəryanla görüşdük, lakin onun böyük tələbləri var. Bir çox namizəd var, o cümlədən Raul”, – Armen Nikoqosyan bildirib.
Raul hazırda “Real Madrid”in əvəzedici komandası olan “Kastilya”da çalışır.
Aut.az
