Avropa LiqasıAzərbaycan futbolu

“Qarabağ” Norveçə yola düşdü

“Qarabağ” Avropa Liqası Liqa fazasının 4-cü turu çərçivəsində səfərdə “Bodo Qlimt”in qonağı olacaq.

Aut.az xəbər verir ki, Azərbaycan çempionu bu gün Norveçə yola düşüb.

Ağdam təmsilçisi sabah yerli vaxtla saat 18:00-da oyunöncəsi son məşqini həyata keçirəcək.

Qeyd edək ki, “Bodo Qlimt” – “Qarabağ” qarşılaşması 7 noyabr tarixində Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.