Dünya futbolu

Paris-2024: Futbol yarışının püşkü atıldı

2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında kişilər arasında baş tutacaqfutbol turnirinin püşkatma mərasimi keçirilib.

Aut.az xəbər verir ki, Dörd qrupa bölünən yarışda 16 komanda iştirak edəcək. Lakin Olimpiadada mübarizə aparacaq son 4 komandanın adı hələ müəyyənləşməyib.

Oyunların keçirildiyi vaxt yaşı 23-dən çox olmayan futbolçular Olimpiadada iştirak edə biləcəklər. Hər komandanın yaş məhdudiyyəti olmadan iştirak ərizəsinə heyətə üç oyunçu daxil etmək hüququ var.

Futbol üzrə Olimpiya turniri iyulun 24-dən avqustun 10-dək keçiriləcək.

A qrupu
Fransa ABŞ Qitələrarası pley-offun qalibi (Asiya-Afrika) Yeni Zelandiya
B qrupu
Argentina Mərakeş Asiya-3 Ukrayna
C qrupu
Asiya-2 İspaniya Misir Dominikan Respublikası
D qrupu
Asiya-1 Paraqvay Mali İsrail

Aut.az