TürkiyəDünya futbolu

“Qalatasaray” PSJ-nin ulduz müdafiəçisini transfer edir

PSJ-nin və Slovakiya millisinin mərkəz müdafiəçisi Milan Şkrinyar Türkiyənin “Qalatasaray”ına icarəyə keçməyə yaxındır.

Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.

Onun sözlərinə görə, icarə müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədə olacaq. Klublar hazırda Şkrinyarın illik 11 milyon avro dəyərində olan maaşının nə qədərinin Fransa çempionları tərəfindən ödəniləcəyi ilə bağlı danışıqların son mərhələsindədir.

Milanla “Napoli” və “Yuventus” da maraqlanır.

Xatırladaq ki, 29 yaşlı slovakiyalı 2023-cü ilin yayında “İnter”dən azad agent kimi PSJ-yə keçsə də, Luis Enrikenin komandasında start heyət üzvünə çevrilə bilməyib. Bu mövsüm o, bütün turnirlərdə cəmi 5 matçda iştirak edib.

Müdafiəçinin transfer dəyəri 15 milyon avro qiymətləndirilir. Onun müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Aut.az